AZ

“Onlar Ukrayna məsələsini ikilikdə həll edə bilməz” “Hətta İran da müzakirələrə qatıla bilər”

ain.az, Yenisabah saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Moskva və Vaşinqton Ukrayna məsələsini ikilikdə həll edə bilməz”.

Bu sözləri “Yeni Sabah”a Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru Əhməd Əlili bildirib. 

O, Alyaskada Vladimir Putin və Donald Trampın Ukrayna və NATO müttəfiqləri olmadan əsas mövzunu – Ukrayna nizamlamasını həll edəcəyinə şübhə ilə yanaşır: Marqarita pizza

“Məsələnin miqyası o qədər böyüyüb ki, Avropa İttifaqının müdaxilə etmə şansı kifayət qədər yüksək səviyyədədir, hətta İranın da müzakirələrə qatılması gözlənilən haldır. Onların heç biri olmadan bu məsələni müzakirə etmək artıq soyuq müharibəsi deməkdir. Ona görə də indiki şərait tamamilə fərqli bir dönəmdir. 

Moskva və Vaşinqtonun bütün bu məsələləri ikilikdə həll etmələri mümkün deyil. Amma bu görüşün Rusiya tərəfi üçün olduqca uğurlu nəticəsi olduğunu deyə bilərik. Çünki Rusiya artıq hamıya göstərdi ki, o, təcrid vəziyyətində deyil.

Çin və İranın da Rusiya ilə əməkdaşlığı dayandırmasaydılar, onlara qarşı sanksiyalar tətbiq olunacağı qorxusu var idi. Lakin Alyaska sammitinin nəticəsi göstərir ki, Vaşinqtonda qərar qəbul etmə prosesi şablon şəkildə aparılmır. 

Buna görə də Hindistanda, Çində və Rusiyada ABŞ sanksiyalarına şübhə ilə yanaşırlar. Çünki ABŞ lideri özü stabil münasibət göstərmir. Bir ay əvvəl Rusiyaya möhlət verdi, indi isə özü Putinin ayağı altına qırmızı xalı sərir”.

Əhməd Əlilinin fikrincə, müzakirə olunan mövzunun əslində Ukrayna məsələsi olub-olmaması da sual altındadır:

“Müzakirə olunan mövzu həqiqətən Ukrayna məsələsi olubmu? Liderlər əvvəlcədən bildirmişdilər ki, onlar Ukrayna mövzusunu Avropa İttifaqı və Ukraynanın özü olmadan müzakirə etmək niyyətində deyillər. Belə olan halda hansı məsələ müzakirə olunub? Çin? İran? Rusiya-ABŞ münasibətləri?.. Bütün bunlar sual altındadır. Hətta ehtimal edə bilərik ki, Putin və Trampın danışığında Cənubi Qafqaz məsələsi önə çəkilib”.

Ekspert əlavə edib ki, Rusiya diplomatiyası Alyaska sammitinin nəticəslərinə dair bir çox iddia səsləndirə bilər:

“Amma görünən budur ki, Tramp administrasiyası üçün də kifayət qədər vacib bir amil var. Qafqazda Ermənistan və Azərbaycan arasında baş verən danışıqlarda əldə olunan uğurları geri qaytarmağa cəhd etmək həm şəxsən Trampın, həm də Tramp administrasiyasının ciddi etirazına səbəb olacaq”.

Rəvan Rzazadə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
55
50
yenisabah.az

10Mənbələr