"Liverpul"un cinah hücumçusu Məhəmməd Salah Premyer Liqa tarixinin bombardirləri siyahısında dördüncü pilləyə yüksəlib.
Fanat.Az xəbər verir ki, 33 yaşlı futbolçu buna evdə "Bonrmut"a qalib gəldikləri (4:2) I turun oyununda fərqlənməklə nail olub.
Misirli forvard çempionatda 187-ci qolunu vuraraq Endi Kola çatıb. Mütləq rekord isə Alan Şirerə məxsusdur - 260 qol. Harri Keyn (213) ikinci, Ueyn Runi (208) üçüncü pillədə qərarlaşıb.
Salah həmçinin İngiltərə çempionatlarının start oyunlarında 10-cu dəfə rəqib qapılarına yol tapıb ki, bu da indiyədək heç bir futbolçunun imza ata bilmədiyi nəticədir. O, öz rekordunu yeniləyib.
Nihat