AZ

Zədəli Messidən xəbər var: Nə vaxt oynaya biləcək?

"İnter Mayami"nin hücumçusu Lionel Messi zədəsini sağaldıb.

Publika.az ESPN-ə istinadən xəbər verir ki, 38 yaşlı argentinalı futbolçu MLS-in növbəti çempionat oyununda "Los-Anceles Qelaksi"yə qarşı çıxış edə biləcək.

Messi avqustun 3-də "Nekaksa"ya (3:2) qarşı Liqa Kuboku matçında əzələ zədəsi almış və komandanın iki oyununu buraxmışdı.

"İnter Mayami" ilə "Los-Anceles Qelaksi" arasındakı qarşılaşma avqustun 16-dan 17-nə keçən gecə keçiriləcək. Oyun Bakı vaxtı ilə saat 3:30-da başlayacaq.

Seçilən
44
10
publika.az

10Mənbələr