AZ

ABŞ prezidenti: Hər şey Zelenskidən asılıdır

ain.az, Yenisabah portalına istinadən məlumat verir.

"İndi razılıq əldə etmək Zelenskidən asılıdır”.

Yenisabah.az foxnews-a istinadla xəbər verir ki, Vladimir Putinlə görüşdən sonra ABŞ prezidenti Donald Tramp deyib.

 "İndi bunu etmək həqiqətən də prezident Zelenskidən asılıdır. Avropa ölkələri bir az müdaxilə etməlidir Amma bu, yenə prezident Zelenskidən asılıdır. Düşünürəm ki, onlar etsələr, növbəti görüşdə olacağam", - deyə Tramp vurğulayıb. Dördpendirli pizza

ABŞ prezidenti bildirib ki, Putinlə əksər məsələlərdə razılığa gəliblər, lakin hələ də fikir ayrılıqları olan bir və ya iki mövzu var:

"Bu, bitmiş sövdələşmə deyil. Ukrayna da razılaşmalıdır. Prezident Zelenski razılaşmalıdır. Düşünürəm ki, biz razılığa gəlməyə kifayət qədər yaxınıq. Bəlkə də "yox" deyəcəklər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
50
yenisabah.az

10Mənbələr