AZ

Putin Trampla danışıqları konstruktiv və faydalı adlandırıb

Vaşinqton, 16 avqust, AZƏRTAC

Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla danışıqları faydalı və konstruktiv adlandırıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Putin dar tərkibdə danışıqların yekunlarına dair iki ölkə liderlərinin birgə mətbuat konfransında deyib.

"Danışıqlarımız hörmətli və konstruktiv atmosferdə keçdi. Onlar çox əsaslı və faydalı oldu", - deyə Putin qeyd edib.

Putin əlavə edib ki, Rusiya Ukraynanın təhlükəsizliyinin təmin edilməsinin vacibliyi fikri ilə razılaşır və Moskva bu istiqamətdə işləməyə hazırdır.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

Seçilən
39
6
azertag.az

10Mənbələr