Bu gün Misli Premyer Liqasında 2025/26 mövsümü start götürüb.
İdmanxeber.az xəbər verir ki, 1-ci turun ilk oyun günündə 1 matç keçirilib. 1-ci liqadan elitaya yüksələn 2 komanda – “Qəbələ” səfərdə “Karvan-Yevlax”la qarşılaşıb. İki qolun qeydə alındığı matçda qalib müəyyənləşməyib.
Qeyd edək ki, ilk turun “Sabah” – “Qarabağ” matçı təxirə salınıb.
Misli Premyer Liqası
1-ci dövrə, 1-ci tur
15 avqust (cümə)
17:00. “Karvan-Vevlax” – “Qəbələ” 1:1
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
VAR: Rəşad Əhmədov.
AVAR: Kamran Bayramov.
Şamaxı şəhər stadionu