AZ

Britaniya Ukraynaya qoşun yeritməyə hazırdır - Ruslarla döyüşəcəklər?

Böyük Britaniya Rusiyayla atəşkəs əldə olunduqdan sonra öz qoşunlarını Ukraynaya göndərməyə hazırdır. 

Bizim.Media xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Con Xili BBC-yə müsahibəsində bildirib.

Nazirin sözlərinə görə, “Aktivistlər koalisiyası” atəşkəsin ilk günündən etibarən Ukraynaya qoşun göndərərək sülhün təmin olunmasına yardım etməyə hazırdır.

“Atəşkəs halında biz Britaniya qoşunlarını Ukraynaya göndərməyə hazırıq. Onlar (koalisiya üzvləri) fəaliyyətə keçməyə, ilk gündən hərəkət etməyə hazırdır”, – Xili qeyd edib.
 

Müdafiə naziri, Rusiyanın yenidən hücuma keçəcəyi halda Britaniya qoşunlarının Ukraynada nə edəcəyi barədə suala birbaşa cavab verməsə də, onların hücum olunduğu təqdirdə özlərini müdafiə etmək hüququna malik olduqlarını vurğulayıb.


Xilinin sözlərinə görə, Britaniya və Fransa tərəfindən yaradılan “Aktivistlər koalisiyası”nın əsas məqsədi Ukraynanın özünü təhlükəsiz hiss etməsini təmin etmək, həmçinin gələcəkdə Rusiyanı çəkindirmək üçün silahlı qüvvələrini bərpa etməsinə şərait yaratmaqdır.

“Son nəticədə Rusiyanın təkrar işğalına və ya yenidən qruplaşaraq Ukraynaya qarşı aqressiyanı bərpa etməsinə qarşı ən güclü çəkindirici amil Ukraynanın öz gücüdür”, – Britaniyanın müdafiə naziri əlavə edib.

Qeyd edək ki, Ukrayna ilə bağlı yaradılan “aktivistlər koalisiyası” Böyük Britaniya və Fransanın təşəbbüsü ilə yaradılmış, bir qrup müttəfiq ölkəni birləşdirən qeyri-rəsmi hərbi-siyasi birlikdir.

Onların əsas məqsədi Ukraynanın gələcəkdə Rusiyanın mümkün təkrar hücumlarını çəkindirəcək qədər güclü müdafiə qabiliyyətinə sahib olmasını təmin etməkdir.

Bizim.Media

Seçilən
47
50
bizim.media

10Mənbələr