Metbuat portalından verilən məlumata əsasən, ain.az bildirir.
Sosial şəbəkələrdə dövlət özəlləşdirmə çekləri ilə bağlı kompensasiya məsələsi gündəmə gətirilib. İddia olunur ki, vətəndaşlar əllərində olan vauçerlərə (dövlət özəlləşdirmə paylarına) görə pul ala bilərlər.
Əmlak Məsələləri Dövlət Xidmətindən (ƏMDX) Metbuat.az-ın sorğusuna cavab olaraq bildirilib ki, həmin çeklərin yenidən pul predmetinə çevrilməsi ilə bağlı sosial şəbəkələrdə olan məlumatlar yanlışdır.
ƏMDX vətəndaşları dövlət özəlləşdirmə çeklərinin yenidən istifadə olunacağı ilə bağlı yayılan şayiələrə inanmamağa çağırıb.
Qeyd edək ki, Azərbaycan Prezidentinin 23.12.2009-cu il tarixli Fərmanına uyğun olaraq, dövlət özəlləşdirmə çeklərinin son istifadə müddəti 01.01.2011-ci il tarixində başa çatıb və həmin çeklər tədavüldən çıxarılıb. Bununla da dövlət özəlləşdirmə çekləri qiymətli kağız kimi öz əhəmiyyətini itirib və vətəndaşların həmin çeklərdən istifadə edərək hər hansı hüquq və ya gəlir əldə etməsi mümkün deyil.
Gülbəniz Hüseynli / Metbuat.az
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.