AZ

Molina Premyer Liqa klubuna keçməkdən imtina edib

 “Atletiko Madrid” klubunun müdafiəçisi Naüel Molina İngiltərə Premyer Liqası təmsilçisi “Bornmut”a transfer olmaqdan imtina edib.

90deqiqe.Az-ın "Football Espana"ya istinadən məlumatına görə, “Bornmut” 27 yaşlı futbolçu üçün 20 milyon avro təklif edib. Lakin dünya çempionu Madrid klubunda qalmağı üstün tutub.

“Atletiko” isə mövqedə kifayət qədər keyfiyyətli oyunçulara – Markos Llorente və Mark Pubilyaya sahib olduğu üçün oyunçunu buraxmağa qarşı deyil.

Ötən mövsüm argentinalı klub səviyyəsində 46 matça çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib və 2 dəfə sarı vərəqə alıb.

Seçilən
27
50
90deqiqe.az

10Mənbələr