Yenisabah saytına istinadən ain.az xəbər verir.
Azərbaycan Tibb Universitetində (ATU) təhsil haqları artırılıb. Məlumata əsasən, təhsil haqları tibb ixtisası üçün 6 500 AZN, stomatologiya ixtisası üçün 6 000 AZN, əczaçılıq, fizioterapiya, ictimai səhiyyə və tibb bacısı ixtisasları üçün isə 5 000 AZN olaraq dəyişdirilib.
Bəs görəsən, artımın səbəbi nədir?
Azərbaycan Tibb Universitetinin Mətbuat Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq qeyd edilib ki, Nazirlər Kabinetinin qərarına əsasən, ölkəmizdə ali təhsil müəssisələrində təhsil xərcləri artırılıb: pizza
"Bütün universitetlərdə olduğu kimi ATU-da da təhsil haqqı ixtisaslara müvafiq olaraq artıb".
Qeyd edək ki, artımın konkret səbəbi ilə bağlı sualımız cavabsız qalıb.
Xatırladaq ki, ATU-da təhsil haqlarının artırılması ilə bağlı ilk xəbər "Kaspi" qəzetində yayımlanıb.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.