AZ

Nikol Paşinyan: ABŞ-la imzalanan sənədlər İran və Rusiya üçün əhəmiyyətli faydalar daşıyır

Ermənistan Baş naziri hesab edir ki, saziş “sülh kəsişməsi” layihəsi çərçivəsində regional əməkdaşlığı gücləndirəcək...

Poliqon xəbər verir ki, Ermənistan Baş naziri Nikol Paşinyan Fox News-ə verdiyi müsahibədə ABŞ ilə imzalanan saziş və deklarasiyanın İranRusiya üçün də əhəmiyyətli faydalar ehtiva etdiyini bildirib. Paşinyanın sözlərinə görə, sazişin həyata keçirilməsi ilə İran Fars körfəzi ilə Qara dəniz arasında dəmiryolu bağlantısına malik olacaq, Rusiyaİran isə bir-biri ilə dəmiryolu vasitəsilə əlaqə qura biləcək.

Paşinyan qeyd edib ki, iqtisadi tərəfə diqqət yetirilsə, bu sazişdən yalnız Ermənistan, Azərbaycan, ABŞ və Türkiyə deyil, həmçinin Rusiyaİran da çox vacib, əhəmiyyətli və misli görünməmiş faydalar əldə edəcək. Baş nazir xatırladıb ki, hazırda Cənubi Qafqaz vasitəsilə İranla Rusiya arasında birbaşa dəmiryolu yoxdur.

O, bunu bütün ölkələr və beynəlxalq icma üçün mühüm, beynəlxalq sabitlik və təhlükəsizlik baxımından əhəmiyyətli saziş hesab etdiyini bildirib. Paşinyan əlavə edib:
“Bizim “Sülh Kəsişməsi” adlı layihəmiz var və bu saziş həqiqətən əməkdaşlıq kəsişməsi ola bilər, məhz bu bizim məqsədimizdir.”

Poliqon.info

Seçilən
46
50
poliqon.info

10Mənbələr