AZ

Azərbaycanın xaricdən idxal etdiyi smartfonlar bahalaşıb

2025-ci ilin ilk yarısında Azərbaycan xaricdən 545 min ədəd smartfon idxal edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 83 min ədəd və ya təxminən 13% azdır. Banker.az bunu Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Lakin ümumi idxal dəyəri 175.88 mln. ABŞ dolları təşkil edərək illik müqayisədə 1.7 mln. dollar artıb.

Ən çox smartfon idxalı Çindən olub – 437 min ədəd və 134.99 mln. dollar, bu da miqdarda 42 min ədəd azalma, dəyərdə isə 7.77 mln. dollar artım deməkdir.

Vyetnamdan idxal 100.8 min ədəd və 37.18 mln. dollar səviyyəsində qeydə alınıb, miqdar 3.8 min ədəd, dəyər isə 2.61 mln. dollar artıb. Hindistandan gətirilən smartfonların sayı 34.3 min ədəd azalaraq 6.8 min ədədə düşüb, dəyər isə 5.73 mln. dollar azalaraq 3.66 mln. dollar olub.

Koreya Respublikasından idxal kəskin artaraq 230 ədəd və 27.6 min dollar təşkil edib.

ABŞ-dan gətirilən smartfonlar ötən ildəki 2.4 min ədəd və 2.77 mln. dollardan bu il cəmi 1 ədəd və 230 dollara enib.

2024-cü ilin ilk yarısında bir smartfonun orta dəyəri təxminən 277.0 dollar olub, 2025-ci ildə isə 322.5 dollara yüksələrək illik müqayisədə 45.5 dollar və ya 16% artıb.

Seçilən
33
30
banker.az

10Mənbələr