Ajans.az xəbər verir ki, bu barədə Ədliyyə naziri Yılmaz Tunç öz sosial media hesabında məlumat verib. Ədliyyə naziri Yılmaz Tunç Ankara Respublika Baş Prokurorluğunun Özgür Özəl-in prezident Ərdoğanla bağlı söylədiyi fikirlərlə bağlı araşdırmalara başladığını açıqlayıb. Ədliyə naziri paylaşımda qeyd edib: “CHP sədrinin prezidentimizin ünvanına söylədiyi təhqiramiz ifadələrlə bağlı Ankara Respublika Baş Prokurorluğu tərəfindən istintaq başladılıb. Bu hədsiz və hörmətsiz ifadələr 86 milyon vətəndaşımızın iradəsinə açıq hücumdur. Siyasət ədəb və əxlaq çərçivəsində aparılır. CHP sədrinin istifadə etdiyi bu yersiz davranış artıq sadəcə üslub məsələsi deyil; siyasi nəzakəti aşdı. Millətimiz bir daha həmişə olduğu kimi, böhtan və böhtan siyasəti ilə məşğul olanlara yol verməyəcək”. Onu da qeyd edək ki, Özgür Özəl haqqında keçən ay da Antalya Prokrorluğu istintaq başlatmışdı. © Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.