AZ

Estetik əməliyyatların sayı niyə artıb? AÇIQLAMA

ain.az, Metbuat saytına istinadən bildirir.

Son illərdə Azərbaycanda estetik əməliyyatlara maraq sürətlə artır.

İnsanlar xarici görünüşlərini özüləri üçün kompleks hesab edərək estetik əməliyyata üz tuturlar. Xüsusən də gənc qızlar artıq bir-birinə bənzəməyə başlayıblar. Buna səbəb plastik əməliyyatların sayının gənclər arasında artmasıdır.

Mövzu ilə bağlı Metbuat.az-a danışan psixoloq Fərqanə Mehmanqızı bildirib ki, bu, tələb və təklif məsələsi ilə bağlıdır:

"Bizdə kütlə psixologiyası çox geniş yayılıb və bu, cəmiyyəti müəyyən dərəcədə idarə edir. Hər bir cəmiyyətdə mövcud olan bu psixologiya, bəzən “sürü psixologiyası” adlandırılır. İnsanların həyatda qalması və yaşaması da, əslində, müəyyən mənada kütlə psixologiyasının təsiri ilə bağlıdır. Cəmiyyətdə müəyyən gözəllik anlayışı formalaşıb və insanlar bu anlayışa qısa yolla çatmaq istəyirlər. Tarix boyunca estetik bədən və gözəllik anlayışı dəyişsə də, hər dövrdə müəyyən bir “gözəllik ikonu” mövcud olub. Tarixə nəzər yetirsək bu "ikonaların" zaman-zaman, əsrlərlə sadəcə düşüncə dəyişimi var. Məsələn, bu gün fit bədən, estetik əməliyyatlar ön plana çıxır. Estetik əməliyyatlar insanlara bu gözəllik standartına daha sürətli çatmaq imkanı verir. Ümumiyyətlə bunun PR-ı və təhtəlşüura təsiri güclü şəkildə aparılır. Əməliyyatların “əvvəl və sonra” görüntüləri göstərilir, amma proses zamanı yaşanan ağrı, psixoloji və fiziki çətinliklər göstərilmir. İnsanlar da görüntüyə aldanırlar. Beləliklə bu bir tendensiya halını alır. Bu səbəbdən insanlar nəticəyə görə qərar verirlər. Bu tendensiya cəmiyyətdə yayıldıqca, estetik əməliyyatlar həyatın bir parçasına çevrilib".

Psixoloqun sözlərinə görə, bəzi psixoloji olaraq həssas insanlar daha çox əməliyyat etmək istəyir, çünki daha mükəmmələ doğru can atırlar:

"Bu tendensiyaya cəmiyyətin çox az bir qismi qoşulmur. İnsanlar bəzən bir-birlərinə "Niyə botoks elətdirmirsiniz"? "Niyə qırışlarınız var"? kimi suallar verirlər. Bu suallar göstərir ki, estetika artıq həyatımızın bir parçasına çevrilib. Estetik və plastik əməliyyatlar yalnız kosmetik prosedur deyil, eyni zamanda müasir həyat tərzimizin bir hissəsidir. Bundan qaçış yoxdur. Tarixə baxsaq, görərik ki, insanlar hər zaman gözəllik üçün müxtəlif üsullara əl atıblar. Misir və Yunan sivilizasiyalarında gözəlliyi artırmaq üçün fərqli vasitələrdən istifadə edilib. Hətta Avropada bir neçə əsr əvvəl qadınlar üzlərinin ağ görünməsi üçün çox az miqdarda siçan zəhəri qəbul edirdilər; o zaman bəyaz dərili olmaq mod idi. Bu göstərir ki, gözəllik uğrunda insanlar həmişə çalışıblar, bəzən risklərə və qurbanlara da getmişlər".

O qeyd edib ki, tarix boyu qadınlar gözəl görünmək üçün həm zərərli, həm də zərərsiz vasitələrdən istifadə ediblər və nəticələr müxtəlif olub.

"Bugünkü gündə isə estetika həyat tərzimizin ayrılmaz hissəsi olaraq qalır. Bununla barışmaq və qəbul etmək lazımdır", - deyə Fərqanə Mehmanqızı əlavə edib.

Ülkər Cəlilzadə / Metbuat.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
87
22
metbuat.az

10Mənbələr