AZ

“Rusiyanın adamı” Ermənistanda yeni hərəkat yaradır

Ermənistanda həbsdə olan tanınmış iş adamı Samvel Karapetyan yaxın günlərdə yeni siyasi hərəkatın yaradılacağını açıqlayıb.

Modern.az-ın məlumatına görə, Karapetyanın komandası tərəfindən yayılan bəyanatda bildirilir ki, təşəbbüs "Mer dzevov" (“Öz qaydamızla”) adlanacaq.

“Bu təşəbbüs aydın ideyalar əsasında yaranıb və Ermənistan üçün böyük planlara malikdir”, – deyə bəyanatda qeyd olunub.

Yeni hərəkatın konkret siyasi proqramı və fəaliyyət istiqamətləri barədə əlavə məlumatın yaxın vaxtlarda ictimaiyyətə təqdim ediləcəyi gözlənilir.

Qeyd edək ki, “Rusiyanın adamı” kimi tanınan Karapetyan hazırda həbsdədir.

Seçilən
28
2
modern.az

5Mənbələr