AZ

Rusiyadan Zəngəzur dəhlizi ilə bağlı RƏSMİ REAKSİYA

Rusiya Xarici İşlər Nazirliyi (XİN) "Tramp Marşrutu" layihəsinin (Zəngəzur dəhlizi) detallarını öyrənmək niyyətindədir.

Turkustan.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin nümayəndəsi Aleksey Fadeyev “Tramp marşrutu” ilə bağlı açıqlamasında bildirib.

O qeyd edib ki, layihənin detallarını öyrənənədək və hələ açıqlanmayan sənədi nəzərdən keçirənədək nazirlik rəsmi mövqeyini bildirməyəcək.

Diplomatın sözlərinə görə, Ermənistanın Sünik vilayəti üzərindən kommunikasiya xətlərinin açılması zamanı Rusiyanın sərhədçilərinin mövcudluğu nəzərə alınmalıdır.

Fadeyev qeyd edib ki, Rusiya 2020–2022-ci illərdə Rusiya, Ermənistan və Azərbaycan liderləri arasında əldə olunan üçtərəfli razılaşmaları aktuallığını saxlayan sənədlər hesab edir və tərəflərin heç biri bu razılaşmalardan çıxmaq niyyətini açıqlamayıb./modern.az

Seçilən
39
45
turkustan.az

10Mənbələr