AZ

Rusiya ordusu Donetskin daha iki yaşayış məntəqəsini işğal edib

Rusiyanın “Mərkəz” qoşun qrupunun bölmələri Donetsk vilayətinin Suvorovo və Nikanorovka yaşayış məntəqələrini ələ keçirib.

Qaziler.az bildirir ki, bu barədə avqustun 13-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Mərkəz qoşun qruplaşmasının bölmələrinin fəal və qətiyyətli hərəkətləri nəticəsində 2Donetsk Xalq Respublikası"nın Suvorovo və Nikanorovka yaşayış məntəqələri "azad edilib"”, - idarənin Teleqram kanalında yayılan məlumatda deyilir.

Müdafiə Nazirliyi əlavə edib ki, Ukrayna Silahlı Qüvvələrinin birləşmələrinin itkiləri 385-dən çox hərbçi təşkil edib. 2Bundan əlavə, son 24 saat ərzində Mərkəz qoşun qrupu bir piyada maşını,  altı zirehli maşını, bir yük maşını və bir artilleriya qurğusunu məhv edib", - məlumatda deyilir.

QAZİLER.AZ

 

Seçilən
41
21
qaziler.az

10Mənbələr