Bakı.trend:
FHN daha bir yanğın təhlükəli yanacaqdoldurma məntəqəsininfəaliyyətini dayandırıb.
Trend xəbərverir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Məlumata görə, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Qubarayonu, Birinci Nügədi kəndində yerləşən “Qafqaz” yanacaqdoldurmaməntəqəsində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyisahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanlarıninsan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlakmaraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.
Belə ki;
- obyektin elektrik təsərrüfatı “Elektrik QurğularınınQuraşdırılması Qaydası”nın tələblərinə uyğun quraşdırılmayıb;
- obyektin inzibati binasının fasadının üzlənməsində istifadəolunmuş tikinti materialının odadavamlılığının yanma qrupununmüəyyənləşdirilməsi ilə bağlı sənədlər təqdim edilməyib;
- taxta konstruksiyalara odadavamlı məhlul hopdurulmayıb;
- işçilər yanğın təhlükəsizliyi üzrə təlimatlandırılmayıb;
- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilərazılaşdırılmayıb.
Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektinistismarının davam etdirilməsi nəticəsində orada hər an baş verəbiləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmazedəcək.
Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma vəqaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmişQuba rayonu, Birinci Nügədi kəndində yerləşən “Qafqaz”yanacaqdoldurma məntəqəsinin fəaliyyətinin dayandırılması barədəQərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinətəqdim edilib.