Oxu.az portalından verilən məlumata əsasən, ain.az bildirir.
UEFA Çempionlar Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olacaq komanda məlum olub.
Oxu.Az xəbər verir ki, III təsnifat mərhələsi çərçivəsində Bolqarıstan "Ludoqorets"ini mübarizədən kənarlaşdıran Macarıstan "Ferentsvaroş"u (0:0, 3:0) pley-offda Ağdam klubuna qarşı oynayacaq.
Qeyd edək ki, komandalar arasında ilk oyun avqustun 19-da Macarıstanda, cavab qarşılaşması isə avqustun 26-da Azərbaycanda baş tutacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.