AZ

Netanyahu İran xalqına müraciət edib

İsrailin Baş naziri Benyamin Netanyahu İran xalqına müraciət edib.

Müvafiq müraciət Netanyahunun sosial şəbəkədəki səhifəsində yerləşdirilib.

Netanyahu iranlıları azadlıq uğrunda mübarizəyə çağırıb.

“Bizim qurucu atamız Teodor Hertslın (Dünya Sionist Təşkilatının yaradıcısı – red.) yəhudi dövləti haqqında dediyi kimi: “İstəsəniz, bu, yuxu deyil”.

İstəsəniz, azad İran xəyal deyil. İndi hərəkət etmək, azadlıq uğrunda mübarizə aparmaq vaxtıdır. Siz tək deyilsinz, mən sizinləyəm. İsrail sizinlədir. İran iranlılar üçündür!”, -  Baş nazir qeyd edib.

Seçilən
37
11
anews.az

10Mənbələr