Fanat portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov komandasının "Şkendiya" üzərində böyük hesabla qələbə qazanmasını istəyib.
Fanat.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində "Şkendiya"ya (Şimali Makedoniya) qarşı keçirdikləri cavab oyundan sonra mətbuat konfransında deyib.
Təcrübəli mütəxəssis pley-off mərhələsinə yüksəlməyin sevindirici olduğunu söyləyib:
"Qarabağ" göstərdiyi oyunla sübut etdi ki, Çempionlar Liqasında mübarizəni davam etdirmək istəyir. Stadionda da əsl Çempionlar Liqası ab-havası var idi. Baxımlı oyuna şahidlik etdik. Baxmayaraq ki, qarşılaşmanın əvvəlində qol buraxdıq. Buraxdığımız qolda texniki səhvə yol vermişdik. Sevindirici haldır ki, daha sonra oyunda üstünlüyü ələ ala bildik. Pley-off mərhələsinin oyununa daha məsuliyyətli yanaşacağıq".
Qeyd edək ki, "Qarabağ" - "Şkendiya" oyunu Ağdam təmsilçisinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Abunə Ol
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.