AZ

“Şkendiya”nın baş məşqçisi: "1:5 hesabını gözləmirdim"

“Şkendiya” bu gün UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin cavab matçında “Qarabağ”ın qonağı olub.

Publika.az xəbər verir ki, oyundan sonra Şimali Makedoniya təmsilçisinin baş məşqçisi Jeton Bekirinin mətbuat konfransı keçirilib. Şimali makedoniyalı mütəxəssis 1:5 hesabı ilə məğlub olduqları oyunu belə şərh edib:

“İlk olaraq “Qarabağ” azarkeşlərini təbrik edirəm. Yaxşı çıxış etdilər və qələbə qazandılar. “Qarabağ” çox yaxşı komandadır. Onlara növbəti mərhələdə uğurlar arzulayıram.

Bizə gəlincə isə, ilk hissədə çox pis oynadıq. Bu da böyükhesablı məğlubiyyətimizlə nəticələndi. Artıq sabahdan bu oyunu təhlil edib, Avropa Liqasına hazırlaşacağıq.

Ən ciddi problem erkən qollar buraxmağımız oldu. Bundan başqa, oyunçularımın fiziki çətinlikləri də var idi. “Qarabağ”ın təcrübəli komanda olduğunu bilirdik. Yaxşı çıxış etdilər və qələbə qazandılar. Yenə deyirəm, onları təbrik edir və uğurlar arzulayıram.

Normalda 1:5 hesabını gözləmirdim. Bu cür oyunlarda əsas odur ki, təcrübə qazanırıq və çalışıb səhvlərimizdən dərs çıxarmalıyıq.

Seçilən
22
32
publika.az

10Mənbələr