BAKI, 12 avqust. TELEQRAF
"Qarabağ” komandasının azarkeşlərini təbrik edirəm"
Teleqraf xəbər verir ki, bunu Şimali Makedoniya təmsilçisi “Şkendiya”nın baş məşqçisi Ceton Beqiri Bakıda "Qarabağ"a 1:5 hesabı ilə məğlub olduqları UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunundan sonra mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis Ağdam təmsilçisinin qələbəyə layiq olduğunu söyləyib: "Nəticədə pley-off mərhələsinə vəsiqə qazandılar. Rəqib çox yaxşı oyun sərgilədi, biz isə xüsusən ilk hissədə zəif çıxış etdik".