Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi əməkdaşların müxtəlif ixtisasartırma kurslarında iştirak edərək peşəkar bilik və bacarıqlarının artırılması istiqamətində fəaliyyətini davam etdirir.
Agentliyin müvafiq struktur bölməsinin mütəxəssisi İsveçrə Konfederasiyasının Stans şəhərində Cenevrə Beynəlxalq Humanitar Minalardan Təmizləmə Mərkəzi tərəfindən təşkil edilən “Ərazilərin qısaldılması və ləğv edilməsi” təlimində iştirak edir.
Qeyd edək ki, ərazilərin qısaldılması və ləğv edilməsi minatəmizləmə fəaliyyətində texniki tədqiqat prosesində istifadə olunan metodologiyalardan biridir.
Kursun məqsədi Minatəmizləmə üzrə Milli Orqanlar, yerli və beynəlxalq icraçı təşkilatlar və müvafiq qurumların mina təhlükəsi ilə mübarizə sahəsində əməliyyat imkanlarının təkmilləşdirilməsidir.
MƏLUMAT YENİLƏNİR