AZ

Budur gəlir cüt bacı, ikisi də yalan-palançı...

Başları çıxmayan deşiklərə çiyinlərini soxmağa çalışan Gültəkin Hacıbəylini və onun siyasi rəfiqəsi Sevinc Osmanqızını xüsusi təqdim etməyə lüzum yoxdur. Onların hər ikisi Azərbaycan cəmiyyətində burnunun ucundan qabağı görə bilməyən, korun da gördüyü tərəqqini etiraf etməyən, xalqının əleyhinə çalışan, iqtidarın möhtəşəm uğurlarını danan və s. çirkin əməllərdən çıxan mənfi fərdlərdir. “Fərdlər” ona görə deyirik ki, onların iftiralarına inanıb arxalarında duran onca nəfər tapılmır. Əvvəllər Azərbaycanın Qarabağı heç cür azad edə bilməyəcəyini, işğal edilən ərazilərin həmişəlik itirildiyini guya ürək yanğısı ilə qeyd edən şəxslərdir. Siyasətdən xəbəri olmayan bu “xanım siyasətçilər” əvvəllər Azərbaycanın Rusiya ilə müsbət münasibətərini kəskin edir, ona qarşı çıxmağı, işğalçıya kömək edən “sülhməramlı” kontingentinin çıxarılmasını tələb edirdilərsə və bunu əminliklə Azərbaycan iqtidarının gücünün çatmadığını da bildirir, etiraz səslərini ucaldırdılar. Yəni ər ikisi iqtidarın siyasətinin məğzini anlamadan “qaranlığa kösöv” bulayırdılar. Onlar uydururdular ki, Gürcüstan və Ermənistan rus qoşunlarını öz ərazilərindən çaxaracaq, ancaq Azərbaycan rəhbərliyi bunu bacarmayacaq. Bu yolla onlar xalqda Azərbaycan iqtidarının atdığı bütün addımlara inamı sarsıtmağa və heçə saymağa cəhd edirdilər. Ancaq reallıq onların qis proqnozlarının tam əksinə oldu.

İndi hər ikisi sağ-salamatdır və həyatdadırlar. İllərdir iqtidara yağdırdıqları böhtanların, yalançı mülahizələrin, mənfi rəylərin, reallığa söykənməyən proqnozların hamısının puç olduğuna şahidlik edirlər. Ermənistanda və Gürcüstanda Rusiya qoşunları hələ də ölkə ərazisindən çıxarılmadığı halda Azərbaycan bu dövlətin ərazimizdəki ordularını dinc surətdə çıxardı. Bilirsinizmi, indi onların şantaj mövzusu nədir? Cəmiyyətdə Rusiyanın hərbi gücü barədə xof yaratmaq. İddia edirlər ki, bu nəhəng ölkənin təbii ehtiyatları o qədərdir ki, bitib-tükənmək bilmir. Bütün Avropa hücum etsə belə onu məğlub edə bilməz. Ona görə də Azərbaycan nahaq Rusiyaya qarşı çıxır. Paralelləri gördünüzmü?

Sonra rus təəssübkeşləri qərəzlə bildiriblər ki, Türkiyə Rusiya ilə münasibətləri nahaq kəskinləşdirir. Rəqibin insan ehtiyatları sərvətləri çox, ərazisi ucsuz-bucaqsızdır, həm də texnologiyası var. Ancaq unudurlar ki, Türkiyə NATO üzvüdür, hərbi qüdrətə malikdir, istehsal etdiyi dronlara bərabər silah kəşf edilməyib. Bayraqdarlar nöqtə atışı ilə düşməni istədiyi yerdə məhv etmək qabiliyyətinə malikdir. Məhz dron istehsalında və ticrətində dünyada birinci yerdə durur. Rusiyanın isə hərbi və mülki fabrik və zavodlarnın tam əksəri Sovet dövründən qalan köhnə texnologiyalarla işləyir, istehsal etdikləri raketlər hədəfdən yan keçir, bəziləri isə hədəfə dəyəndə partlamır. Rusiyanın dünyaya dəhşətlə təqdim etdiyi “məşhur” “İsgəndər” raketlərin zay çıxdığını görəndə Azərbaycandan bunu gizli saxlamağı xahiş etmişdi. Ermənistan Rusiyadan aldığı “İsgəndər”i Şuşaya atmışdı, lakin raket partlamadı.

“Xanım siyasətçilər”də bir vaxtlar kölgəsini qılıncladıqları Rusiyaya bu qədər sevgi və ya yaltaqlıq haradandır? Bunlarda formalaşan bu əqidə nəyə əsaslanıb? İnsan, üstəgəl qadın öz vicdanını nəyin müqabilində dəyişə və ya sata bilər? Suallara əlbəttə, özləri düzgün cavab verə bilərlər, çünki beyinərində hansı proseslərin getdiyini yalnız özləri bilərlər. Təbii ki, hər nə olursa-olsun buna heç bir haqq qazandırmaq olmaz.

İndi də bu, şərçi və böhtançı “siyasətçilər” Azərbaycanın ABŞ-da qazandığı böyük uğura hansısa don geyindirməyə cəhd edirlər. Unudurlar ki, iki yüz ildən bəri arzulanan sülhə aparan sənədlərin imzalanması və bunda ölkəmizin diktə edən tərəf olması, irəli sürdüyü bütün şərtlərin qəbul olunması tariximizin ən parlaq və mühüm əhəmiyyətə malik səhifələrindən biridir. Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ Prezidenti Donald Trampla səmimi, qarşılıqlı hörmət şəraitində görüşü bizim üçün nadir tarixi hadisələrdən biridir. Çünki bu görüşlə ölkəmizə gələcək möhtəşəm uğurlar üçün təməl qoyulur. Bunu başa düşmək istəməyənlər hökmən ya kütbeyin, ya da qərəzkar olmalıdır. Təəssüf ki, onların hər ikisində bu iki keyfiyyət var. Yaxşı olar ki, tutduqları səhv yoldan geri dönsünlər. Bunun üçün Allah onların hər ikisinə ağıl versin. Daha nə deyək?

Vəli İlyasov, “İki sahil”

Seçilən
14
50
ikisahil.az

10Mənbələr