AZ

Tesla Böyük Britaniyanın elektrik enerjisi bazarına daxil olmağı hədəfləyir

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Amerikanın Tesla şirkətinin törəmə qurumu olan Tesla Energy Ventures Böyük Britaniyada elektrik enerjisi təchizatı üzrə lisenziya almaq üçün müraciət edib.

Gununsesi.info xəbər verir ki, bu barədə CNBC xəbər yayıb. Müraciət təsdiqlənərsə, şirkət gələn ildən etibarən ölkənin yerli sakinlərinə və müəssisələrinə elektrik enerjisi təchiz etməyə başlaya bilər.

Nəşrin yazdığına görə, bu addım İlon Maskın şirkətinə Böyük Britaniyanın enerji bazarında hökmranlıq edən iri firmalarla rəqabət aparmaq imkanı yarada bilər.

Tesla hazırda günəş enerjisi və enerji saxlama sistemlərinin inkişafına fəal şəkildə yatırım edir. ABŞ-da şirkətin törəmə qurumu Tesla Electric 2022-ci ildən Texas bazarında fəaliyyət göstərir və müştərilərə enerjini optimallaşdırmaq, eləcə də artıq elektrik enerjisini satmaq imkanı təklif edir.

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
15
50
icma.az

10Mənbələr