AZ

Vaşinqton razılaşması tarixi addımdır - Ərdoğan

Avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ liderlərinin iştirakı ilə Vaşinqtonda keçirilən görüşdə əldə olunmuş razılaşma Cənubi Qafqazda uzunmüddətli sülhə doğru yolda tarixi addım oldu.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 11-də Ankarada hökumətin iclasının yekunlarına dair brifinqdə bildirib.

O xatırladıb ki, Azərbaycan torpaqlarının uzunmüddətli erməni işğalından azad edilməsi ilə regionun inkişafında yeni mərhələ başlayıb.

Türkiyə lideri Azərbaycanla bağlı məhdudiyyətlərin aradan qaldırılmasını da alqışlayıb.

"Türkiyə tərəfinin məmnunluğunu qardaşım, Azərbaycan Prezidenti İlham Əliyevə çatdırdım. Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını vurğuladım", - deyə dövlət başçısı Ermənistanın Baş naziri Nikol Paşinyanla bugünkü söhbətində bu mövzunu müzakirə etdiyini əlavə edib.

Siyasətçinin sözlərinə görə, regionda sülh mühitinin formalaşması ilə avtomobil və dəmir yolu əlaqələri bərpa olunacaq, sərhəd-keçid məntəqələri açılacaq, azad ticarətə maneələr aradan qaldırılacaq ki, bu da bütün region dövlətlərinin maraqlarına cavab verir.

Prezident Ərdoğan əmin edib ki, Ankara bölgədə sülh və sabitlik naminə mübarizəni davam etdirəcək.

Milli.Az

Seçilən
39
50
milli.az

10Mənbələr