AZ

Tramp-Putin görüşü: əsas mövzular hələ tam razılaşdırılmayıb

ABŞ rəsmiləri prezident Donald Tramp ilə Kremlin rəhbəri Vladimir Putin arasında 15 avqust cümə günü Alyaskada keçiriləcək görüşün detalları üzərində aktiv şəkildə işləyir. CNN-in məlumatına görə, görüşün təşkili ilə bağlı həm loqistik, həm də geosiyasi məsələlər hələ tam həll olunmayıb.

İşçi qrup müzakirə olunacaq mövzuların dəqiqləşdirilməsi üzərində çalışır. Ağ Ev rəhbəri Donald Tramp ümid edir ki, Putinlə dialoq Ukraynada müharibənin sona çatdırılması istiqamətində əhəmiyyətli irəliləyiş gətirə bilər.

Qeyd olunur ki, yeddi ay əvvəl Donald Tramp ABŞ prezidenti kimi ikinci dəfə vəzifəyə başladıqda, o, Kremlin rəhbəri ilə münasibətlərindən istifadə edərək Ukrayna münaqişəsinin həllinə nail olmaq istəyirdi.

//Samir Qurbanov, Editor.az

Seçilən
23
50
editor.az

10Mənbələr