AZ

Vaşinqton razılaşması Cənubi Qafqazda uzunmüddətli sülhə doğru atılan tarixi addımdır - Ərdoğan

Bakı. Trend:

Avqustun 8-də Azərbaycan, Ermənistan və ABŞ liderlərininiştirakı ilə Vaşinqtonda keçirilən görüşdə əldə olunmuş razılaşmaCənubi Qafqazda uzunmüddətli sülhə doğru yolda tarixi addımoldu.

Trend xəbər verir ki, bubarədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 11-dəAnkarada hökumətin iclasının yekunlarına dair brifinqdəbildirib.

O xatırladıb ki, Azərbaycan torpaqlarının uzunmüddətli erməniişğalından azad edilməsi ilə regionun inkişafında yeni mərhələbaşlayıb.

Türkiyə lideri Azərbaycanla bağlı məhdudiyyətlərin aradanqaldırılmasını da alqışlayıb.

“Türkiyə tərəfinin məmnunluğunu qardaşım, Azərbaycan Prezidentiİlham Əliyevə çatdırdım. Türkiyənin hər zaman Azərbaycanın yanındaolacağını vurğuladım”, - deyə dövlət başçısı Ermənistanın Başnaziri Nikol Paşinyanla bugünkü söhbətində bu mövzunu müzakirəetdiyini əlavə edib.

Siyasətçinin sözlərinə görə, regionda sülh mühitininformalaşması ilə avtomobil və dəmir yolu əlaqələri bərpa olunacaq,sərhəd-keçid məntəqələri açılacaq, azad ticarətə maneələr aradanqaldırılacaq ki, bu da bütün region dövlətlərinin maraqlarına cavabverir.

Prezident Ərdoğan əmin edib ki, Ankara bölgədə sülh və sabitliknaminə mübarizəni davam etdirəcək.

Seçilən
47
50
az.trend.az

10Mənbələr