AZ

Tramp "Nvidia" ilə bağlı açıqlama verib

Müəllif: Tamara Mustafayeva, Banco.az

ABŞ Prezidenti Donald Tramp Ağ Evdə keçirdiyi mətbuat konfransında gündəmdəki hadisələrlə bağlı sualları cavablandırıb.

Banco.azxəbər verir ki, ABŞ-lı çip istehsalçılarından “Nvidia” və “AMD”nin yarımkeçiricilər üçün ixrac lisenziyası almaq məqsədilə Çinə satılan çiplərdən əldə olunan gəlirin 15 faizini ABŞ hökumətinə verməyə razılaşdıqlarına dair xəbərlərlə bağlı suala cavab olaraq Tramp bildirib ki, o, çip ixracına icazə vermək üçün gəlirdən 20 faiz istədiyini, lakin “Nvidia”nın baş direktoru (CEO) Censen Huang ilə aparılan “kiçik” danışıqlar nəticəsində bu rəqəmi 15 faizə endirdiklərini qeyd edib.

Tramp bunun Çinin hal-hazırda sahib olduğu köhnə “H20” çipi üçün keçərli olduğunu, bu çipin artıq köhnəlmiş olsa da hələ də bazarda alıcısının olduğunu vurğulayıb.

O, “Nvidia”nın yeni “Blackwell” çipini isə “ən son və ən yaxşı” çip kimi təsvir edərək, bu mövzuda hər hansı razılaşma etməyəcəyini, lakin sözügedən çip daha az inkişaf etmiş şəkildə dizayn olunarsa, anlaşmanın mümkün ola biləcəyini ifadə edib.

ABŞ Prezidenti Tramp “Nvidia” rəhbəri Huang ilə “Blackwell” çipi barədə yenidən görüşəcəklərini də bildirib.

“Financial Times” qəzetində yer alan xəbərdə, “Nvidia” və “AMD”nin yarımkeçirici ixrac lisenziyaları almaq üçün Çinə satılan çiplərdən əldə edilən gəlirin 15 faizini ABŞ hökumətinə verməyə razılaşdığı qeyd olunub.

Həmin xəbərdə bu razılaşmanın “Nvidia”nın “H20” çipi və “AMD”nin “MI308” çipinin Çinə satışı üçün keçərli olduğu bildirilib.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Seçilən
5
10
banco.az

10Mənbələr