AZ

Tramp Azərbaycan və Ermənistan arasında Vaşinqton görüşü barədə danışıb: Münaqişə 37 il davam etdi, amma biz onu həll edə bildik

Bakı. Trend:

Münaqişə 37 il davam etdi, amma biz onu həll edə bildik.

Trend xəbər verir ki, bunuABŞ Prezidenti Donald Tramp brifinq zamanı Vaşinqtonda Azərbaycanvə Ermənistan arasında imzalanmış tarixi razılaşmanı şərh edərkəndeyib.

“Münaqişə 37 il davam etdi və iki lider bildirdilər ki, bununhəll olunacağını heç vaxt düşünməmişdilər. Rusiya bu məsələni həlletməyə çalışdı. Hamı çalışırdı. Bu, çox mürəkkəb bir vəziyyət idi,amma biz bu münaqişəni həll edə bildik", - deyə o bildirib.

Xatırladaq ki, avqustun 8-də Azərbaycan RespublikasınınPrezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının PrezidentiDonald Tramp və Ermənistan Respublikasının Baş naziri NikolPaşinyan Azərbaycan Respublikasının Prezidenti və ErmənistanRespublikasının Baş nazirinin Vaşinqtonda görüşünə dair BirgəBəyannamə imzalayıblar.

Həmin gün Vaşinqtonda Azərbaycan Respublikasının Prezidentiİlham Əliyevin Amerika Birləşmiş Ştatlarının Prezidenti DonaldTramp və Ermənistan Respublikasının Baş naziri Nikol Paşinyanlagörüşü çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziriCeyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziriArarat Mirzoyan “Azərbaycan Respublikası və Ermənistan Respublikasıarasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinədair Saziş” layihəsini paraflayıblar. Ermənistan” və AzərbaycanRespublikası və Ermənistan Respublikası xarici işlər nazirlərininATƏT-in fəaliyyətdə olan sədrinə (ATƏT-in Minsk prosesininbağlanması, Minsk Konfransı tərəfindən müzakirə edilən münaqişəüzrə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi və YüksəkSəviyyəli Planlaşdırma Qrupuna) birgə müraciəti imzalayıblar. OnlarAzərbaycan Respublikası və Ermənistan Respublikası xarici işlərnazirlərinin ATƏT-in fəaliyyətdə olan sədrinə birgə müraciətini(ATƏT-in Minsk Prosesinin, ATƏT-in fəaliyyətdə olan sədrinin Minskkonfransının müzakirəsində olan münaqişə üzrə şəxsi nümayəndəsi vəYüksək Səviyyəli Planlaşdırma Qrupunun bağlanması barədə)imzalayıblar.

Seçilən
63
26
az.trend.az

10Mənbələr