ain.az, Oxu.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Qarabağ"ın heç bir futbolçusuna fərdi olaraq yanaşmıram".
Oxu.Az xəbər verir ki, bu sözləri Şimali Makedoniya təmsilçisi "Şkendiya"nın baş məşqçisi Ceton Beqiri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində Bakıda "Qarabağ"a qarşı keçiriləcək oyundan öncə mətbuat konfransında deyib.
43 yaşlı mütəxəssis Ağdam təmsilçisinin heyətində onlara çətinlik yaradacaq futbolçunun olmadığını bildirib.
"Birinci oyunda fiziki problemlərimiz oldu. Hətta vurulan qolda da bu nüans rol oynadı. Amma bizim də imkanlarımız var idi, biz də qol vura bilərdik. Bu dəfə tamam fərqli komanda oyunu nümayiş etdirəcəyik. Daha aqressiv və topa daha çox nəzarət edən tərəf olmağa çalışacağıq. Məqsədimiz geridönüş etmək və növbəti mərhələyə yüksəlməkdir".
Qeyd edək ki, "Qarabağ"la "Şkendiya" arasında cavab görüşü avqustun 12-də saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Tərəflər arasında ilk qarşılaşma Ağdam təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Anar Həsənov
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.