Gürcüstan və Ermənistanın baş nazirləri telefonla danışıblar.
Adalet.az xəbər verir ki, Nikol Paşinyan avqustun 8-də ABŞ-də keçirilən üçtərəfli danışıqların nəticələrini İrakli Kobaxidzeyə məruzə edib və Vaşinqtonda əldə olunmuş razılaşmalara ictimai dəstəyinə görə təşəkkür edib.
Nazirlər İrəvan və Bakı arasında sülhün bütün Cənubi Qafqaz regionu üçün yeni imkanlar açdığını vurğulayıblar.