AZ

Rusiyada "WhatsApp" və "Telegram" tətbiqlərinin bloklanmasına başlanılıb

Rusiyada "WhatsApp" messencerinin bloklanmasına başlanılıb.

Bizim.Media xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan məlumatlardan bəlli olur.
 

Bildirilir ki, hazırda məhdudiyyətlər yalnız mobil internet vasitəsilə qoşulma zamanı hiss olunur - zənglər ya ümumiyyətlə getmir, ya da səs keyfiyyəti kəskin şəkildə pisləşir.


"Wi-Fi" üzərindən zənglər hələlik mümkündür, lakin bu, müvəqqəti test mərhələsidir", - deyə jurnalist Anastasiya Kaşevorova bildirib.

Onun sözlərinə görə, yaxın zamanda bu xidmətlərin tam bloklanması gözlənilir.
 

Kaşevorova, həmçinin Pavel Durova məxsus "Telegram" messencerində də oxşar problemlərin yarandığını qeyd edərək, adıçəkilən mesencerlər vasitəsilə zənglərlə bağlı çətinliklərin getdikcə artacağını bildirib.


"Baza"nın əməkdaşları da mobil internet üzərindən zənglərin keyfiyyətinin çox zəif olduğunu təsdiqləyiblər - səs tez-tez kəsilir, qarşı tərəfi demək olar ki, eşitmək olmur.
 

Xatırladaq ki, Dövlət Dumasının IT Komitəsi sədrinin birinci müavini Anton Qorelkin "WhatsApp"ın Rusiya bazarından çıxmağa hazırlaşmalı olduğunu bəyan etmişdi.


Onun sözlərinə görə, Rusiyada ekstremist təşkilat kimi tanınan "Meta" şirkətinə məxsus bu messencer, məhdudlaşdırılacaq proqram təminatı siyahısına daxil ediləcək. Prezident Vladimir Putin həmin siyahının sentyabrın 1-dək hazırlanması barədə göstəriş verib.

Bizim.Media

Seçilən
11
24
bizim.media

10Mənbələr