AZ

Avropa İttifaqı nazirləri Putin-Tramp sammitini müzakirə edəcəklər...

...Avropa İttifaqının xarici işlər nazirləri Putin və ABŞ prezidenti Donald Tramp arasında cümə günü Alyaskada gözlənilən görüşü müzakirə etmək üçün videokonfrans keçirir.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə DW bildirib.

Putin və Trampın görüşü Avropada tənqidlərə səbəb olub, çünki Kiyev və Avropa ölkələri müharibəni dayandırmaq üçün istənilən danışıqlara Ukraynanı da daxil etməli olduğunu təkid edirlər.

Münaqişə 2022-ci ilin fevralında Rusiyanın genişmiqyaslı işğalı ilə başlayıb.

Fransa, Almaniya, İtaliya, Polşa, İngiltərə, Finlandiyadan olan nazirlər, həmçinin Avropa Komissiyasının sədri Ursula fon der Leyen “Ukraynada sülhə gedən yolu Ukraynasız açmaq olmaz” deyib və Trampı Moskvaya təzyiqləri artırmağa çağırıb.

Almaniya kansleri Fridrix Merz Ukrayna prezidenti Vladimir Zelenskinin sammitdə iştirak edəcəyinə ümid etdiyini bildirib. Kiyevsiz qərarlar qəbuledilməzdir və danışıqların yalnız atəşkəs rejiminə əməl ediləcəyi təqdirdə mümkündür.

ABŞ-ın vitse-prezidenti J.D.Vens təsdiqləyib ki, Vaşinqton münaqişənin sona çatmasını müzakirə etmək üçün Tramp, Putin və Zelenski arasında görüş təşkil etməyə çalışır.

Aİ-nin xarici işlər naziri Kaya Kallas vurğulayıb ki, ABŞ və Rusiya arasında istənilən razılaşma Ukrayna və Aİ-ni əhatə etməlidir, çünki bu, bütün Avropa üçün təhlükəsizlik məsələsidir.

Əli Babayev

Seçilən
48
50
sia.az

10Mənbələr