AZ

Bakı və Yerevan itkin düşmüş şəxslərin taleyi ilə bağlı məlumat mübadiləsi aparacaqlar

Bakı və Yerevan itkin düşmüş şəxslərin taleyi ilə bağlı məlumat mübadiləsi aparacaqlar.

Olaylar xəbər verir ki, bu, Azərbaycanın Xarici İşlər Nazirliyinin yaydığı Azərbaycan və Ermənistan arasında sülh sazişinin tam mətnində əksini tapıb.

"Tərəflər, onların hər ikisinin də cəlb olunduğu hərbi münaqişədə baş vermis itkin düşmüş şəxslər və məcburi yoxaçıxma ilə bağlı halların həlli üçün birbaşa və ya müvafiq olduğu təqdirdə, aidiyyəti beynəlxalq təşkilatlarla əməkdaşlıq vasitəsilə, həmin şəxslər haqqında bütün mövcud məlumatların mübadiləsi də daxil olmaqla, tədbirlər görəcəklər. Tərəflər, bu çərçivədə, sözügedən şəxslərin taleyinə aydınlıq gətirilməsinin, o cümlədən, müvafiq olduğu təqdirdə, onların qalıqlarının axtarılması və geri qaytarılmasının, zəruri istintaq tədbirləri yolu ilə həmin şəxslərə münasibətdə ədalətin təmin edilməsinin barışıq və etimadın qurulması vasitəsi kimi əhəmiyyətini qəbul edirlər. Bununla əlaqəli müvafiq modallıqlar müzakirə ediləcək və ayrıca sazişdə təfərrüatlı şəkildə razılaşdırılacaqdır", - sənəddə deyilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
14
50
olaylar.az

10Mənbələr