AZ

Paşinyan Makrona da zəng VURDU

Ermənistan Baş naziri Nikol Paşinyan Fransa Prezidenti Emmanuel Makronla telefon danışığı aparıb.

Bu barədə Paşinyanın mətbuat katibi Nazeli Bağdasaryan “Facebook”da bildirib.

Onun sözlərinə görə, Paşinyan avqustun 8-də ABŞ-ın paytaxtı Vaşinqtonda “Ermənistanla Azərbaycan arasında sülhün və dövlətlərarası münasibətlərin bərqərar olması haqqında Saziş”in paraflanması, ATƏT-in Minsk qrupunun mexanizmlərinin ləğvi, regional kommunikasiyaların ərazi bütövlüyü, suverenlik və yurisdiksiya prinsipləri çərçivəsində açılması və qarşılıqlı olaraq ATƏT-ə birgə müraciət edilməsi, eyni zamanda, “beynəlxalq sülh və firavanlıq naminə Tramp yolu” layihəsi üzrə aparılan danışıqların nəticələri barədə Fransa Prezidentini məlumatlandırıb.

Paşinyan vurğulayıb ki, sülh Ermənistanda və regionda yeni investisiya imkanları açır.

Ermənistan və Fransa liderləri ikitərəfli və beynəlxalq gündəm ətrafında fəal siyasi dialoqun davam etdirilməsinə qarşılıqlı hazır olduqlarını bildiriblər.

Ermənistan Baş naziri Paşinyan davamlı dəstəyinə görə Fransa Prezident Makrona təşəkkür edib.

Seçilən
59
16
veteninfo.az

10Mənbələr