AZ

Paşinyan Putinə zəng etdi

  Ermənistanın təşəbbüsü ilə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan Baş Naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

 

Referans Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Kreml məlumat verib.


Paşinyan avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Tramp və Azərbaycan Prezidenti İlham Əliyevlə keçirilən görüşün yekunları barədə Putinə ətraflı məlumat verib. 

 

Açıqlamada Vladimir Putin İrəvan və Bakı arasında davamlı sülhün təmin olunmasının vacibliyini vurğulayıb və 2020-2022-ci illərdə imzalanmış üçtərəfli razılaşmalara uyğun olaraq Ermənistan-Azərbaycan münasibətlərinin hərtərəfli normallaşmasına kömək etməyə hazır olduqlarını təsdiqləyib. Həmçinin regionda nəqliyyat kommunikasiyalarının blokdan çıxarılmasının önəmi qeyd olunub.

 

Qeyd olunub ki, Putin ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffla aparılan söhbətin nəticələri və Alyaskada Trampla keçiriləcək görüşə hazırlıq barədə danışıb. Nikol Paşinyan isə Ukrayna böhranının sülh yolu ilə həllinə yönəlmiş addımları alqışlayıb.

 

Telefon danışığı zamanı Avrasiya İqtisadi İttifaqı çərçivəsində ticarət və investisiya əməkdaşlığının və qarşılıqlı fəaliyyətin inkişaf etdirilməsi məsələləri də müzakirə olunub.  

Seçilən
52
50
referans.az

10Mənbələr