AZ

Ermənistanda Avropa İttifaqının mülki missiyasına son veriləcək? - ÖZƏL

"Azərbaycan, ABŞ və Ermənistanla Birgə Bəyannamənin imzalanması və Sülh müqaviləsinin mətninin paraflanması çərçivə sazişi kimi xarakterizə etmək olar. Demek olar ki, Azərbaycanla Ermənistan arasında sülh var, hərhansı bir müharibə vəziyyəti sıfırlanıb". "Olaylar" xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib: "Qeyd edim ki, Ermənistan Azərbaycanla şərti sərhəddə Avropa İttifaqının yarım hərbi mülki missiyasını yerləşdirib. Hətta mandatını uzadıb. Ermənistan bunu Azərbaycanın mümkün hücumlarına qarşı yerləşdirmişdi. 



Artıq, Azərbaycanla Ermənistanla müharibə vəziyyəti aradan qaldırılıb. Ermənistan Avropa İttifaqının mülki missiyasının fəaliyyətinə son verməlidir. Ayda bir neçə dəfə Azərbaycan sərhədinə yaxınlaşıb, hərbi hissələrin dislokasiyasını izləyən Avropa müşahidəçilərinin bundan sonra, sərhəddə yaxınlaşmasına son verilməlidir".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
33
50
olaylar.az

10Mənbələr