AZ

Nvidia və AMD şirkətləri Çinə çip satışı üzrə gəlirin 15 faizini ABŞ dövlətinə ödəyəcəklər

Nvidia və Advanced Micro Devices (AMD) Çində satılan bəzi çiplərdən əldə olunan gəlirin bir hissəsini ABŞ dövlətinə ödəməyə razılaşıblar.

Marja.az xəbər verir ki, bu barədə Financial Times məlumat yayıb. 

Məlumata görə, Çində çip satışından əldə edilən gəlirin 15 faizi müqabilində iki çip istehsalçısı - Nvidia-nın H20 və AMD-nin MI308 modellərini satmaq üçün ixrac lisenziyası alacaq.

Razılaşma ABŞ prezidenti Donald Trampın tariflərinin qlobal iqtisadiyyata təsirini davam etdirdiyi bir vaxta təsadüf edir.

Nvidia-nın baş direktoru Jensen Huang keçən həftə Trampla görüşüb.

Nvidia Financial Times-a verdiyi açıqlamada, "Biz qlobal bazarlarda əməliyyatlarımız üçün ABŞ hökumətinin müəyyən etdiyi qaydalara əməl edirik",- bildirib.

Tramp keçən həftə bildirib ki, əgər şirkət “ABŞ-da istehsal etməyəcəksə” yarımkeçiricilər və çip idxalına 100 faiz rüsum tətbiq edəcək.

Seçilən
4
10
marja.az

10Mənbələr