AZ

“Sumqayıt” “Sivasspor”un üzvü ilə RAZILIĞA GƏLDİ

Yeni mövsümə hazırlaşan "Sumqayıt" heyətini gücləndirməyə davam edir. 

Bizim.Media xəbər verir ki, "kimyaçılar" daha bir əcnəbi ilə anlaşıb. 

Söhbət Samba Kamaradan gedir.
 

32 yaşlı mərkəz müdafiəçisi müqavilə bağlamaq üçün ölkəmizə gəlib. Onun son klubu "Sivasspor" olub. 


Qeyd edək ki, son 5 mövsümü Türkiyə klubunda keçirən arxa xətt oyunçusu daha əvvəl Fransada və ABŞ-da da çıxış edib. Yeni transferin Mali millisində 1 oyun keçirdiyini də bildirək.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
51
50
bizim.media

10Mənbələr