İngiltərə Superkubokunun qalibi bəlli olub.
“Qafqazinfo” xəbər verir ki, Londondakı “Uembli” stadionunda keçirilən final qarşılaşmasında son Premyer Liqa çempionu “Liverpul” və “Kristal Pelas” üz-üzə gəlib.
Oyunun əsas vaxtı 2:2 hesabı ilə yekunlaşıb. Penaltilər seriyasında daha dəqiq oynayan “Kristal Pelas” qalib gəlib.
Bununla “qartallar” klub tarixində ilk dəfə İngiltərə Superkubokunu qazanıb.
