AZ

Türkiyədə ardıcıl zəlzələlər oldu - 10-a yaxın bina çökdü

Balıkəsirin Sındırgı rayonunda baş verən 6,1 bal gücündə zəlzələdən sonra 4,6, 4,1 və 4 bal gücündə daha üç zəlzələ baş verib.

Bizim.Media xəbər verir ki, bu haqda AFAD məlumat yayıb.

Zəlzələlər 20:01-də 4,6, 20:04-də 4,1 və 20:06-da 4 bal gücündə qeydə alınıb.

Sındırqı vilayət valiliyinin məlumatına görə, ilk təkanlardan sonra 10-a yaxın yaşayış binası çöküb.

İstanbulun Sultanqazi və Bahçelievler ərazisində də vətəndaşlar evlərini tərk edib. Küçükçekmecede sakinlər parklara axın edib.

Bizim.Media

Seçilən
82
50
bizim.media

10Mənbələr