AZ

Türkiyədə NK toplanır: Vaşinqton razılaşması müzakirə ediləcək

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

Avqustun 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Nazirlər Kabinetinin növbəti iclası baş tutacaq.

Globalinfo.az-ın məlumatına görə, toplantının gündəmində avqustun 8-də Vaşinqtonda Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın Baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Tramp arasında keçirilmiş görüşdə əldə olunan razılaşmalar, eləcə də sülh prosesinin davamı üçün atıla biləcək addımlar yer alacaq.

Bundan əlavə, iclas zamanı Yaxın Şərqdəki vəziyyət, xüsusilə Qəzzada baş verən son hadisələr ətrafında da müzakirələr aparılacaq.

Nazirlər Kabinetinin iclasında terrorla mübarizə və meşə yanğınlarının qarşısının alınması məsələləri də gündəmdə olacaq.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
50
globalinfo.az

10Mənbələr