"Karvan-Yexlav" klubu transferlərini davam etdirir.
Offsideplus.az xəbər verir ki, bölgə təmsilçisi Səid İranxanı heyətinə cəlb edib. İranlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
24 yaşlı futbolçu son olaraq ölkəsinin “Peykan” klubunda forma geyinib.
Qeyd edək ki, Səid karyerasına “Traktor” klubunda başlayıb. O, İranın U-21 və U-23 millilərində də çıxış edib.