AZ

Azərbaycan və Ukrayna SOCAR ın neft anbarına olunan hücumları pisləyiblər

Sherg.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Avqustun 10-da Ukrayna Prezidenti Volodimir Zelenski Azərbaycan Prezidenti İlham Əliyevə zəng edərək, ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə Ermənistan və Azərbaycan arasında sülh gündəliyi üzrə əldə olunan tarixi nailiyyətləri təbrik edib.

Teleqraf xəbər verir ki, telefon danışığı zamanı tərəflər Ukrayna ərazisində Azərbaycanın SOCAR şirkətinə məxsus neft anbarı və digər obyektlərə, həmçinin Azərbaycan qazını Ukraynaya nəql edən qaz kompressor stansiyasına Rusiya tərəfindən endirilən hava zərbələrini qəti şəkildə pisləyiblər.

Hər iki dövlət başçısı qeyd edib ki, bu hücumlar Azərbaycan və Ukrayna arasında energetika sahəsində əməkdaşlığın dayandırılmasına səbəb olmayacaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
13
50
sherg.az

10Mənbələr