Milli Hidrometeorologiya Xidmətindən Demokrat.az-a verilən xəbərə görə, əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə fasilələrlə yağış yağacağı gözlənilir. Səhər yarımadanın bəzi yerlərində qısamüddətli leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayim şimal-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 22-25, gündüz 29-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 70-75 %, gündüz 40-45 % təşkil edəcək.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə yağışın qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Axşam əksər rayonlarda yağıntılar tədricən kəsiləcək. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.
10Mənbələr
-
news24.azAvqustun 12-də hava şəraiti kəskin dəyişir: Temperatur düşəcək ( 20225253)
-
7news.azSabah yağış yağacaq - PROQNOZ ( 20229294)
-
qafqazinfo.azSabah yağış yağacaq ( 20227740)
-
yeniazerbaycan.comSabahın hava proqnozu açıqlanıb ( 20227227)
-
turkustan.azBakıya yağış, rayonlara leysan yağacaq - PROQNOZ ( 20227047)
-
ictimairey.azSabah yağış yağacaq – PROQNOZ ( 20226921)
-
azerbaijan-news.azSabahın hava proqnozu açıqlanıb ( 20226243)
-
avtosfer.azSabah yağış yağacaq, dolu düşəcək ( 20226237)
-
xezernews.azSabah Bakıda və rayonlarda yağış yağacaq ( 20225880)
-
referans.azBakıya yağış, rayonlara leysan yağacaq - PROQNOZ ( 20225844)