AZ

Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir

Bakı–Keşlə sahəsində aparılan təmir işləri ilə əlaqədar olaraq, 11 avqustdan etibarən iş günlərində sərnişin qatarlarının Abşeron dairəvi dəmir yolu marşrutu üzrə hərəkət cədvəlində dəyişiklik edilir.

Bu barədə "APA Economics"ə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Qeyd edilib ki, yeni qrafikə əsasən Bakıdan və Sumqayıtdan qatarların hərəkət saatı aşağıdakı kimi təyin edilir:

Bakı–Xırdalan:
saat 06:00, 07:25, 07:42, 09:15, 16:30, 18:50, 19:15

Bakı–Xırdalan–Sumqayıt:
saat 17:00, 17:25, 18:20, 20:35

Sumqayıt–Xırdalan–Bakı:
saat 07:55, 08:10, 09:25, 19:10

Xırdalan–Bakı:
saat 06:50, 08:07, 08:14, 08:25, 08:32, 09:44, 10:05, 17:26, 19:29, 19:40, 20:00

Bakı–Pirşağı–Sumqayıt:
saat 06:25 (ekspres), 06:37, 06:50 (ekspres), 08:00, 08:13, 08:30, 08:50, 09:10, 10:00, 11:00, 12:05, 15:00, 15:50, 16:20, 16:50, 17:50, 18:15, 18:30, 18:55, 19:15, 19:35, 20:10, 20:35, 21:00, 22:00, 22:30

Sumqayıt–Pirşağı–Bakı:
saat 06:20, 07:00, 07:13, 07:25, 07:40, 07:50, 08:20 (ekspres), 09:05, 10:15, 10:40, 11:00, 12:00, 15:00, 16:00, 16:50, 17:20, 17:50, 18:10, 18:30, 18:50, 19:30, 19:55 (ekspres), 20:10, 20:35, 21:10, 22:00

Təmir işləri ilə əlaqədar bəzi reyslərdə qısamüddətli gecikmələr müşahidə oluna bilər.

Sərnişinlərdən müvəqqəti narahatlığı anlayışla qarşılamalarını xahiş edirik.

Abşeron Abşeron Abşeron
Seçilən
12
49
apa.az

10Mənbələr