AZ

Kipr XİN: Azərbaycan və Ermənistan Vaşinqtonda tarixi saziş imzalayıblar

Azvision saytına istinadən ain.az xəbər verir.

AzVision.az xəbər verir ki, bu barədə Kipr Xarici İşlər Nazirliyi “X” sosial şəbəkəsində məlumat yayıb. “Bu tarixi razılaşma Ermənistan və Azərbaycan arasında suverenliyin, ərazi bütövlüyünün və sərhədlərinin toxunulmazlığının qarşılıqlı tanınması əsasında münasibətlərin normallaşması prosesinə tam hörmətlə yanaşmaqla regionda davamlı sülh və əsl rifah üçün təkan və böyük perspektivlər yaradır”, - məlumatda deyilir. Kipr XİN həmçinin bu razılaşmanın reallığa çevrilməsində oynadığı mühüm rola görə ABŞ Prezidentini də təbrik edib. Qeyd edək ki, Azərbaycan və Ermənistan xarici işlər nazirləri avqustun 8-də Vaşinqtonda “Sülh və dövlətlərarası münasibətlərin qurulması haqqında” sazişi paraflayıblar. AzVision.az Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
15
50
azvision.az

10Mənbələr