AZ

İlham Əliyev: “Mənim 9 nəvəm var, icazə versəniz, hamısını götürərdim“

Xəbər verdiyimiz kimi, Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Tramp Ağ Evin rəmzi açarını Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təqdim edib.

"Cebheinfo.az" xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ Prezidenti Donald Tramp Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması məqsədilə Strateji İşçi Qrupunun yaradılması haqqında Azərbaycan Respublikası Hökuməti və Amerika Birləşmiş Ştatları Hökuməti arasında Anlaşma Memorandumunu imzaladıqdan sonra maraqlı söhbət baş verib. Həmin dialoqu təqdim edirik: 

Prezident Donald Tramp: Bəli, böyük işlər gördük. Siz də həmin işləri görərdiniz. Sizin münaqişə də ciddi məsələdir, nə qədər sürdü döyüşlər – 33, 35 il? 

Prezident İlham Əliyev: Bəli, münaqişə 1988-ci ildə başlayıb. Lakin hərbi qarşıdurmanın fəal fazası 1991-1992-ci illərdə başlayıb.

Prezident Donald Tramp: Lakin münaqişə həll edilmirdi.

Prezident İlham Əliyev: Xeyr. Müharibə 1994-cü ildə dayandı və sonsuz, mahiyyətdən məhrum olan danışıqlar dövrü başladı.

Prezident Donald Tramp: Bu, çox ciddi bir məsələdir.

Prezident İlham Əliyev: Əlbəttə, Siz möcüzəyə imza atdınız.

Prezident Donald Tramp: Ancaq mətbuat bunu heç vaxt eşitmək istəmir.

Prezident İlham Əliyev: Azərbaycan mətbuatı bunu işıqlandıracaq.

Prezident Donald Tramp: Siz böyük lidersiniz.

Prezident İlham Əliyev: Böyük lider mənim yanımda əyləşib.

Prezident Donald Tramp: Mənim Sizin üçün hədiyyəm var. İcazə verin, onu təqdim edim. Zənnimcə, bəyənəcəksiniz.

Prezident İlham Əliyev: Mənim 9 nəvəm var, icazə versəniz, hamısını götürərdim.

Prezident Donald Tramp: Sizin 9 nəvəniz var? Mənə əlavə sikkə verin. Siz gözəl danışıq aparırsınız. Bu sikkələr hamının xoşuna gəlir. Dünyanın ən gözəl sikkəsidir. Bəlkə də dünyanın ən bahalı sikkəsidir. Heyət üzvləri yaxınlaşın və şəkilinizi də çəksinlər.

Sonda Ağ Evin rəmzi açarını Prezident İlham Əliyevə təqdim edən Prezident Donald Tramp dedi:  Sizə daha bir hədiyyəm var. Bu, Ağ Evin rəmzi açarıdır. Mən bunu nadir hallarda təqdim edirəm.

"Cebheinfo.az"

Seçilən
49
37
cebheinfo.az

10Mənbələr